EBRD "yaşıl investisiyaları"n bəzi hallarda icbari etməsini təklif edir
- 16 noyabr, 2023
- 08:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "yaşıl investisiyaları"n bəzi hallarda icbari etməsini təklif edir.
“Report” xəbər verir ki, bunu EBRD-nin İqlim strategiyası və regional paylanma departamentinin müdiri Konstantine Kintsurashvili Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda deyib.
"EBRD olaraq "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi ilə bağlı üzərimizə öhdəliklər götürmüşük. Gördüyümüz odur ki, burada bu gün daha çox kommersiya layihələrinə və təşəbbüslərinə ehtiyac var. Bunun üçün isə ilk növbədə "yaşıl investisiyaları" kommersiya cəhətdən cəlbedici etməliyik. Bəzi hallarda isə həm şirkətlər, həm də fərdlər üçün hətta icbari hala gətirməliyik", - deyə o qeyd edib.