Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) missiyasının Azərbaycana səfəri başlayır. "Report"un hökumətdəki mənbələrindən əldə etdiyi məlumata görə, missiyanın rəhbəri Bankın Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvaneradır.
B.Balvaneranın səfər zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və özəl bankların rəhbərləri ilə görüşəcəyi gözlənilir.
Mənbənin məlumatına görə, görüşlərdə Azərbyacana yeni kreditlərin ayrılması imkanları və onların şərtləri ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.