EBRD Azərbaycanla səmərəli əməkdaşlığı davam etdirəcək

EBRD Azərbaycanla səmərəli əməkdaşlığı davam etdirəcək Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanla əməkdaşlığın müsbət dinamikasını 2023-cü ildə də davam etdirəcək.
Maliyyə
20 Yanvar , 2023 17:08
EBRD Azərbaycanla səmərəli əməkdaşlığı davam etdirəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanla əməkdaşlığın müsbət dinamikasını 2023-cü ildə də davam etdirəcək.

Bu barədə “Report”a müsahibəsində EBRD-nin siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman bildirib.

“2023-cü ilin başlanğıcı da məhsuldar oldu. Səfərim zamanı Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində biz bu qurğuşunun istehsal olunduğu akkumulyatorları təkrar emal etmək imkanlarını genişləndirmək üçün təkrar emal edilmiş qurğuşun istehsalçısına dəstək olmaq üçün ilk dairəvi iqtisadiyyat layihəmizi imzaladıq.

Bu nailiyyətlərə nəzər salaraq əminəm ki, Azərbaycanla məhsuldar əməkdaşlığımız davamlı infrastruktur, yaşıl maliyyə, iqtisadi inteqrasiya və rəqəmsallaşma sahələrində davam edəcək. Biz bu sürəti 2023-cü ildə və ondan sonra da qoruyacağıq”, - M.Bouman deyib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi