Bakı. 20 fevral. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin özəlləşdirilməsi variantlarını müzakirə etmək üçün hökumətlə danışıqlar aparır.
“Report” xəbər verir ki, bu barədə EBRD-nin Azərbaycan ofisinin rəhbəri İvana Duarte “Reuters” agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, EBRD Bank özəlləşdirməyə hazır olan kimi şərtləri nəzərdən keçirəcək.
İ.Duarte həmçinin qeyd edib ki, adətən, təmsil etdiyi qurum səhmdar cəmiyyətlərində 5-25% pay əldə edir.