EBRD Azərbaycanda məsləhət şirkətləri üçün seminara başlayıb

EBRD Azərbaycanda məsləhət şirkətləri üçün seminara başlayıb Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanda məsləhət şirkətlərindən on altı nümayəndə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən təşkil edilən və Kiçik Biznesə Təkan Fondu (KBTF) tərəfindən maliyyələşdirilən dörd günlük seminara qatılıb.
Maliyyə
24 Sentyabr , 2018 11:34
EBRD Azərbaycanda məsləhət şirkətləri üçün seminara başlayıb
0 : 00
0 : 00

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanda məsləhət şirkətlərindən on altı nümayəndə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən təşkil edilən və Kiçik Biznesə Təkan Fondu (KBTF) tərəfindən maliyyələşdirilən dörd günlük seminara qatılıb. 

“Report”xəbər verir ki, yerli məsləhət şirkətləri üçün nəzərdə tutulan dəyişikliklərin idarə edilməsi seminarı 24-25 sentyabr və 12-13 noyabr tarixlərini əhatə edir.

Təlim yerli Kiçik və Orta Biznesə (KOB) verilən məsləhət xidmətlərinin çeşidlərini artırmaq və keyfiyyətini təkmilləşdirmək üçün Azərbaycanda fəaliyyət göstərən məsləhətçilərin bacarıqlarının artırılmasına yönəlib. Təlim EBRD-nin Kiçik Biznes üçün Məsləhət qrupu ilə sıx əməkdaşlıq şəraitində Vladimir Çernyavski tərəfindən keçirilir.

EBRD-nin Kiçik Biznes üçün Məsləhət qrupu Azərbaycanda yerli məsləhətçilərlə onların bacarıqlarını, işgüzar biliklərini təkmilləşdirməyə və onlara kiçik və orta ölçülü bizneslər üçün keyfiyyətli layihələr həyata keçirməkdə kömək edir.

İcraçı direktor və Şərqi Avropa və Qafqaz ölkələri üzrə reqional məsləhət xidməti sektorunun rəhbəri Cef Ferri bildirib ki, dəyişikliklərin idarə edilməsi sahəsində bu təlim məsləhətçilərin fəaliyyət göstərdikləri dinamik biznes mühitində uyğun məsləhət vermələri üçün bacarıqlı olmalarına təminat verəcək.

Qeyd edək ki, EBRD 1993-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və bu vaxta qədər 900-dən artıq müəssisəyə məsləhət sahəsində işgüzar biliklərin əldə edilməsi, inkişafı və böyüməsi istiqamətində kömək edib.

Son xəbərlər

Orphus sistemi