EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib
- 12 aprel, 2023
- 13:32
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 188 layihəyə ümumilikdə 3,61 milyard avro investisiya yatırıb.
“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.
Bu ilin fevralın 15-nə Bankın açıqladığı göstəricilərə nisbətən Azərbaycanda EBRD-nin maliyyələşdirdiyi layihələrin sayı 1 vahid, investisiya portfeli isə 22 milyon avro artıb.
EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 1 faiz bəndi azalaraq 13 %-ə enib.
Hazırda EBRD-nin Azərbaycan üzrə portfelində 35 aktiv layihə (dəyişməyib) var. Bu layihələr üzrə portfel isə 865 milyon avro (22 milyon avro çox), əməliyyat aktivləri 748 milyon avro (10 milyon avro çox), kumulyativ ödənişləri isə 3,106 milyard avro (26 milyon avro çox) təşkil edib.
Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 86 %-i və ya 748 milyon avrosu (22 milyon avro çox) infrastruktur layihələrin, 10 %-i və ya 87 milyon avrosu (2 milyon avro çox) sənaye, ticarət və aqrobiznesin, 4 %-i və ya 30 milyon avrosu (1 milyon avro az) isə maliyyə institutlarının payına düşüb.
EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.
Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.