Dünya Bankı yazadək Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyası üzrə müəyyən razılaşmalar əldə edəcək

Dünya Bankı yazadək Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyası üzrə müəyyən razılaşmalar əldə edəcək Növbəti ilin yazına qədər Dünya Bankı Azərbaycan hökuməti ilə yeni haırlanan Tərəfdaşlıq Strategiyası üzrə müəyyən razılaşmalar əldə edəcək.
Maliyyə
7 Dekabr , 2022 11:51
Dünya Bankı yazadək Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyası üzrə müəyyən razılaşmalar əldə edəcək
Zaur Rzayev

Növbəti ilin yazına qədər Dünya Bankı Azərbaycan hökuməti ilə yeni haırlanan Tərəfdaşlıq Strategiyası üzrə müəyyən razılaşmalar əldə edəcək. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Zaur Rzayev bildirib.

O qeyd edib ki, strategiyada yer alacaq konkret layihələr və istiqamətlər yaxın aylarda müzakirə olunacaq.

Hazırda Dünya Bankı 2016-2020-ci maliyyə illərini nəzərdə tutan strategiya çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. 2020-ci ildə bu sənədin effektivliyinin nəzərdən keçirilməsindən sonra iki prioritet istiqamət təsdiq edilərək onun müddətini uzadılmasına qərar verildi. Bunlar dövlət sektoru (idarəetmə və xidmətlərin göstərilməsi) və iqtisadi rəqabətqabiliyyətlilikdir ki, bu da öz növbəsində Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması və insan kapitalına, fiziki infrastruktura və daha güclü institutlara investisiyalar vasitəsilə xarici şoklara davamlılığının artırılması kimi strateji hədəflərə cavab verməlidir.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bank Azərbaycanda bir çox milli inkişaf prioritetlərini - insan kapitalının inkişafı, infrastruktura, ictimai xidmətlərə və iş yerlərinə çıxışın genişləndirilməsi, kənd təsərrüfatının rəqabət qabiliyyətinə və kənd yerlərinin inkişafına sərmayə qoyulması, məcburi köçkünlərə dəstəyi və s. əhatə edən və ümumi dəyəri 4,4 milyard ABŞ dollarından artıq olan 50-dən çox layihəni maliyyələşdirib.

Son xəbərlər

Orphus sistemi