Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını azaldıb

Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını azaldıb Dünya Bankı bu il və gələn il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını azaldıb.
Maliyyə
11 Aprel , 2022 09:19
Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını azaldıb

Dünya Bankı bu il və gələn il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını azaldıb.

"Report" xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Sənəddə deyilir ki, bu il iqtisadi artımla bağlı proqnoz 3,1 %-dən 2,7 %-ə, gələn il ÜDM-in artım proqnozu isə 2,7 %-dən 2,2 %-ə endirilib.

Dünya Bankı Gürcüstan və Ermənistanda ÜDM-in artımı ilə bağlı proqnozlarına da yenidən baxıb. Belə ki, qurum bu il Gürcüstanda iqtisadi artımın 2,5 %, gələn il isə 5,5 % olacağını gözləyir ki, bu da müvafiq olaraq 3 faiz bəndi az və 0,5 faiz bəndi çoxdur. Ermənistanda bu il üçün iqtisadi artım proqnozu 3,6 faiz bəndi azaldaraq 1,2 %-ə, gələn il üçün ÜDM-in artım proqnozu isə 0,8 faiz bəndi azaldaraq 4,6 %-ə endirilib.

Son xəbərlər

Orphus sistemi