Oktyabrın sonuna Azərbaycanın dövlət büdcəsinin profisitinin ümumi daxili məhsula (ÜDM) nisbəti 3,4 %-ə yüksəlib.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının (WB) Azərbaycan üzrə aylıq hesabatında bildirilib.
Hesabata görə, artım tempi sentyabr ayı ilə müqayisədə 1,4 faiz bəndi artıb: “Oktyabrda dövlət büdcəsinin yüksək gəlirlilik sayəsində profisitli artıb. Oktyabrda dövlət büdcəsinin gəlirləri illik müqayisədə 2 dəfə artıb ki, buna da enerj sektorundan gəlirlərin artması səbəb olub. Bu dövrdə enerji gəlirləri, əsas təbii qaz yatağı işlədən şirkətin mənfəət vergisi ödənişlərindəki artım səbəbindən nominal ifadədə illik müqayisədə 162 % artıb. Qeyri-enerji sektorundakı güclü aktivliyə uyğun olaraq gəlirlər 20,8 % artıb".
Dünya Bankı hesab edir ki, gözləniləndən yüksək gəlirlər hökumətə ilin əvvəlindən bəri 14 % azalan Azərbaycan Dövlət Neft Fondunun transfertlərinə daha az güvənməsinə imkan verib.
Hesabata əsasən, oktyabrda, kapital xərclərinin illik müqayisədə 25 % və daha az dərəcədə cari xərclərin 5,7 % artması ilə büdcə xərcləri 10,6 % artıb.