Dünya Bankı Azərbaycanın dövlət borcunun 2025-ci ilədək azalacağını proqnozlaşdırır

Maliyyə
  • 11 aprel, 2022
  • 07:45
Dünya Bankı Azərbaycanın dövlət borcunun 2025-ci ilədək azalacağını proqnozlaşdırır

Azərbaycanın ümumi dövlət borcu bu il ümumi daxili məhsulun (ÜDM) 16,1 %-ni təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair yenilənmiş hesabatında bildirilib.

Hesabata əsasən, Azərbaycanın ümumi dövlət borcunun ÜDM-yə nisbəti gələn il 16,2 %, 2024-cü ildə isə 15,8 % olacağı gözlənilir.

Xatırladaq ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2022-2023-cü illərdə Azərbaycanın ümumi dövlət borcunun ÜDM-yə nisbətinin azalaraq 17 %-nə enəcəyi proqnozlaşdırılırdı ki, bu da “BB” oxşar ölkələrin qrupundakı ən aşağı göstərici idi (orta hesabla ÜDM-in 57,7 %-ni təşkil edir).

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanına əsasən, Azərbaycanda icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula (ÜDM) nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20 %, 2022-ci ilin sonuna isə 27,5 % səviyyəsində müəyyən edilib.

Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dolları (13 milyard 830,7 milyon manat) və ya 2021-ci il üzrə ÜDM-in 14,9 %-ini təşkil edib. Ölkənin daxili dövlət borcu 3 milyard 068,4 milyon manat və ya ÜDM-in 3,3 %-ini təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti