Dünya Bankı Azərbaycanda özəl sektorun dekarbonizasiya investisiyalarında payını açıqlayıb

Dünya Bankı Azərbaycanda özəl sektorun dekarbonizasiya investisiyalarında payını açıqlayıb Azərbaycanda özəl sektor dekarbonizasiya investisiyalarının təxminən 70 %-ni əhatə edəcək.
Maliyyə
24 Sentyabr , 2024 12:05
Dünya Bankı Azərbaycanda özəl sektorun dekarbonizasiya investisiyalarında payını açıqlayıb
Stefanie Stallmeister

Azərbaycanda özəl sektor dekarbonizasiya investisiyalarının təxminən 70 %-ni əhatə edəcək.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.

Onun sözlərinə görə, bu, özəl sektorun təkcə Azərbaycanda deyil, həm də qlobal miqyasda dekarbonizasiya və adaptasiya səylərində mühüm rol oynadığını göstərir: "Dekarbonizasiyanın əlavə illik dəyəri 2,5 milyard ABŞ dolları təşkil edir. Bu rəqəm Azərbaycanda qalıq yanacaq subsidiyalarının ümumi məbləğindən azdır, yəni ÜDM-in 5,1 %-ni təşkil edir. Düşünürəm ki, bu problemlərin aradan qaldırılması və bu səylərə özəl sektorun maliyyələşdirilməsini cəlb etmək barədə müzakirələr aparılmalıdır".

Son xəbərlər

Orphus sistemi