Dünya Bankının Azərbaycanda məcburi köçkünlər üçün ayırdığı yeni qrantın məbləği açıqlanıb

Dünya Bankının Azərbaycanda məcburi köçkünlər üçün ayırdığı yeni qrantın məbləği açıqlanıb Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) Dünya Bankı ilə Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması Layihəsinin maliyyələşdirilməsi ilə bağlı 2 milyon ABŞ dolları dəyərində qrant Sazişi imzalanıb.
Maliyyə
2 İyun , 2023 12:12
Dünya Bankının Azərbaycanda məcburi köçkünlər üçün ayırdığı yeni qrantın məbləği açıqlanıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) Dünya Bankı ilə Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması Layihəsinin maliyyələşdirilməsi ilə bağlı 2 milyon ABŞ dolları dəyərində qrant Sazişi imzalanıb.

"Report" Dünya Bankına istinadən xəbər verir ki, üç il müddətində icra olunacaq layihə Bankınn idarə etdiyi Dövlət və Sülh Quruculuğu Fondu tərəfindən maliyyələşdirilir.

Layihənin məqsədi Azərbaycanda həssas vəziyyətdə olan məcburi köçkün ailələri üçün vətəndaş fəallığını, texniki bacarıqları və gəlir əldə etmək imkanlarını artırmaqdır.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib ki, təmsil etdiyi qurum bu yeni qrant vasitəsilə Azərbaycanda məcburi köçkün icmalarına göstərdiyi uzunmüddətli dəstəyi davam etdirməkdən çox məmnundur: "Bu gün, bir çox məcburi köçkünlərin öz evlərinə qayıtma perspektivinin daha aydın olduğu şəraitdə, biz ümid edirik ki, bu layihənin icrasından əldə olunan dərslər məcburi köçkünlərin daha firavan gələcəyi naminə ehtiyac duyulan bir çox xidmətlərin gücləndirilməsinə kömək edəcək".

Qrant məcburi köçkünlərə 3 fəaliyyət istiqamətləri üzrə dəstək verəcək:

- xüsusi bacarıqların əldə edilməsinə kömək etmək üçün peşə hazırlığı və təlimi;

- layihədə iştirak edəcək məcburi köçkünlərə öz bizneslərini daha effektiv idarə etməyə kömək etmək üçün maliyyə savadlılığı, maliyyə menecmenti və yaxşı biznes təcrübəsi təlimləri;

- məcburi köçkünlərin öz icmalarında fəal iştirakına kömək etmək üçün vətəndaş iştirakı və sosial birlik üzrə bacarıqların artırılması.

Məlumata görə, layihənin məcburi köçkünlərin rifahının və dolanışıq perspektivlərinin yaxşılaşdırılmasına, habelə məcburi köçkünlərin yaşayış şəraitinə dəstək proqramlarını planlaşdırmaq üçün hökumətin potensialının gücləndirilməsinə birbaşa töhfə verəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi