Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı 2024-2026-cı illər üçün proqnozlarını yeniləyib

Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı 2024-2026-cı illər üçün proqnozlarını yeniləyib Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 2,3 %, 2025-ci ildə isə 2,4 % artacağı gözlənilir.
Maliyyə
12 İyun , 2024 16:18
Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı 2024-2026-cı illər üçün proqnozlarını yeniləyib

Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 2,3 %, 2025-ci ildə isə 2,4 % artacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər" hesabatının iyun buraxılışında bildirilib.

Sənədə əsasən, bu göstəricilər 2024-cü ilin yanvar ayında dərc olunan proqnozlarına nisbətən 0,1 faiz bəndi azdır.

Dünya Bankı 2026-cı ildə də Azərbaycan iqtisadiyyatının 2,4 % artacağını proqnozlaşdırır.

“2024-2026-cı illərdə Cənubi Qafqazda iqtisadi artım illik 3,5 % səviyyəsində sabit qalacağı proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatının ötən il nəzərəçarpacaq dərəcədə azalan karbohidrogen ixracının müəyyən qədər bərpa olması nəticəsində artımı gözlənilir. Bu artım Ermənistan və Gürcüstanda iqtisadi artımın yavaşlaması ilə tarazlanacaq. Regiondakı iqtisadi artıma əsasən Rusiya-Ukrayna münaqişəsi nəticəsində ticarət axınlarının pozulması təsir edir və bunun, davam edəcəyi gözlənilir”, - hesabatda deyilir

Son xəbərlər

Orphus sistemi