Bu ilin iyul ayında
DGK-dən "Report"a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 27 019 min manat və ya 31,43% artaraq 112 970,2 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 54 528,6 min manat və ya 25,42 artaraq 269 036,9 min manat, aksizlər 7 401,6 min manat və ya 40,56% artaraq 25 648,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 2 283,7 min manata və ya 66,1% artaraq 5 738,6 min manat təşkil edib.