BDU-nun tanınmış məzunu

BDU-nun tanınmış məzunu Elə bir pedaqoq düşünün ki, bütün həyatını və zamanını böyük bir həvəslə şagirdlərinə həsr etsin. Və bu müəllim öz ixtisasının mütəxəssisi olmaqla yanaşı, peşəkar piano ifaçısı, 3ds max vizual effektlər üzrə mütəxəssis, intellektual şahmat oyunçusu, bacar
Elm və təhsil
20 May , 2024 15:55
BDU-nun tanınmış məzunu

Elə bir pedaqoq düşünün ki, bütün həyatını və zamanını böyük bir həvəslə şagirdlərinə həsr etsin. Və bu müəllim öz ixtisasının mütəxəssisi olmaqla yanaşı, peşəkar piano ifaçısı, 3ds max vizual effektlər üzrə mütəxəssis, intellektual şahmat oyunçusu, bacarıqlı dizayner, ən əsası isə vaxtının tanınmış səs prodüsserlərindən biri olub.

Onu da qeyd edək ki, bu şəxs təhsilini ölkənin ilk universiteti olan Bakı Dövlət Universitetində almış və burada olan müəllimlərin böyük rəğbətini qazanmış bir müəllimdir. Bəli bu şəxs ölkəmizdə sayılıb seçilən Fizika müəllimlərindən biri olan Nihad Şahbazovdur. Belə ki, müəllim musiqi sahəsi üzrə tanınmış rus prodüserləri ilə birgə böyük layihələr də həyata keçirib. Hansı ki, özünə məxsus olan "Shax Records" başlığı adı altında yaratdığı musiqilər onun əsl daxili aləminin keyfiyyətindən xəbər verirdi. Onunla birgə musiqilər hazırlayan prodüser dostu, "PLVTİNA" adı altında fəaliyyət göstərən tanınmış rusiyalı səs prodüseri Dmitriy Silin özü də Nihad Şahbazovla işləməyin ona zövq verdiyini dəfələrlə müsahibələrində bildirib.

Maraqlısı isə budur ki, müəllimin dərs dediyi kompüter avadanlığının dəyəri fantastik bir qiymətədir.

"Report"un məlumatına görə, müəllimin kompüter sistemi nə az nə çox, düz 20 000 manatadır və yığılması bir xeyli vaxt alıb. Hətta kompüter ölkədə yığılma mürəkkəbliyinə görə ilk 5-liyə daxil olub. Onu da qeyd edək ki, Nihad Şahbazov peşəkar karyerası boyunca 100-lərlə həkim, müəllim, mühəndis və s. yetişdirməklə qalmayıb, hər il yaşından, sinifindən, gecikmə dərəcəsindən və ya biliyindən asılı olmayaraq şagirdləri qəbul imtahanında yüksək nəticə ilə təmin etməyə nail olub.

Müəllimdən aldığımız bir müsahibə əsasında bunun necə mümkün ola bildiyini soruşduqda isə o cavabında: "Bunun yalnızca müəllim, valideyn və şagirdin birgə işləməyindən, şagirdin güclü iradə və inamından irəli gəlir. Bu faktorlar olduğu təqdirdə ən zəif yazan bir şagird belə nəticəsini qat-qat artıra bilər. Təbii ki, burda izahında ayrı bir yeri olduğunu vurğulamalıyıq. Çünki bir şeyi yaxşı başa düşmək istəyirsənsə onu sənə biri yaxşı başa salmalıdır. Əks halda illərlə oxusanda fayda verməyəcək".

Onu da qeyd edək ki, Nihad müəllim 2021-ci və 2022-ci illərdə üst-üstə peşəkar müəllim mükafatlarının sahibi olmaqla yanaşı "İnstagram" platformasında 1 milyondan çox izləyici kütləsi olan" @fizika.dim" səhifəsinin, və "YouTube" üzrə isə 100 000-dən çox izləyici kütləsi olan " Nihad Şahbazov" kanalının da rəsmi sahibidir.

Beləliklə bu məqaləmizdən də göründüyü kimi bir işə başlamaq və istəyinizə nail olmaq üçün heç vaxt gec deyil, sadəcə bir addım atmaq kifayətdir. Onsuzda ən böyük yollar belə ən kiçik addımlarla başlamırmı?

Son xəbərlər

Orphus sistemi