“Dəmirbank”ın qorunan əmanətçilərinə kompensasiyaların harada veriləcəyi məlum olub

Maliyyə
  • 12 yanvar, 2018
  • 06:05
“Dəmirbank”ın qorunan əmanətçilərinə kompensasiyaların harada veriləcəyi məlum olub
Report

Bakı. 12 yanvar. REPORT.AZ/ Ləğv prosesində olan “Dəmirbank”ın qorunan əmanətçiləri kompensasiya almaq üçün ərizə formalarını fevralın 1-dən Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanlarındakı ofislərindən, “Kapitalbank”ın filiallarından və yaxud Fondun www.adif.az ünvanındakı rəsmi internet səhifəsindən əldə edə bilərlər.

“Report” xəbər verir ki, bu barədə ADIF-in əmanətlərə müraciətində bildirilir.

Məlumatda deyilir ki, müəyyən edilmiş cədvələ (http://adif.az/?~/aze/news/full/0/1149/) uyğun olaraq, əmanətçilər “Dəmirbank”da əmanəti olduğu filialın qarşısında qeyd edilmiş “Kapitalbank”ın filialına müraciət edərək, şəxsiyyəti təsdiq edən sənəd, əmanət müqaviləsi və doldurulmuş ərizə əsasında kompensasiya ala bilərlər.