2020-ci ilin sonuna Azərbaycan Mərkəzi Bankı yanında Daşınar Əmlakın Yüklülüyün Dövlət Reystrində (Reyestr) təxminən 52 min bildiriş olub.
"Report" quruma istinadən xəbər verir ki, bu, 2019-cu ilin sonu ilə müqayisədə təxminən 10 min bildiriş və yaxud 24 % çoxdur.
Xatırladaq ki, Reyestr kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq, onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb. Sistem maliyyə qurumlarını KOB subyektlərinin daşınar aktivləri barədə mərkəzləşdirilmiş şəffaf məlumatlarla təmin edir və bununla da banklar təminat predmeti kimi təqdim edilmiş əmlakın başqa bir yerdə yüklü olub-olmadığı haqqında məlumat əldə edir. Banklara təkrar satış bazarı olan daha yaxşı təminat predmetlərini seçmək imkanı verməsi isə reyestrin digər faydalarındandır. Reyestr həmçinin banklara iflas vəziyyətində olan sahibkarlıq subyektinin qoyduğu təminat predmetini daha asanlıqla satmaq imkanı yaradır.