Çin Xalq Bankı (Mərkəzi Bank) bazar ertəsi yenidən birinci dərəcəli borcalanlara verilən kreditlərin əsas faiz dərəcəsini (LPR, loan prime rate) dəyişməyərək 3,85% səviyyəsində saxlayıb.
“Report” xəbər verir ki, bunu tənzimləyicinin saytındakı məlumat təsdiqləyir.
Ötən ilin avqustunda yeni kredit vermə meyarına çevrilən illik LPR artıq doqquz aydır eyni səviyyədə qalır və bu, analitiklərin proqnozları ilə tam üst-üstə düşür.
Elə beşillik LPR dərəcəsi də keçən aydan bəri dəyişməz olaraq qalıb- 4.65%.
Qeyd edək ki, hazırda dərəcənin rəsmən müəyyənləşdirilməsində 18 Çin bankı iştirak edir. Onlar hər ayın 20-si yerli vaxtla saat 09:00-a qədər təkliflərini 0,05% artımla Milli Banklararası Maliyyələşdirmə Mərkəzinə göndərməlidirlər. Bundan sonra LPR-nin hesablanması üçün ən yüksək və ən aşağı dərəcələr istisna edilir, orta riyazi hesablama aparılır və sonda alınmış nəticələr 0,05% -ə qədər yuvarlaqlaşdırılır.