BOKT-un kapitalında mühüm iştirak payının əldə edilməsi qaydası müəyyən olunur

BOKT-un kapitalında mühüm iştirak payının əldə edilməsi qaydası müəyyən olunur Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının əldə edilməsi qaydası müəyyən edilir.
Maliyyə
5 İyun , 2023 10:45
BOKT-un kapitalında mühüm iştirak payının əldə edilməsi qaydası müəyyən olunur

Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının əldə edilməsi qaydası müəyyən edilir.

"Report" xəbər verir ki, bu, “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, BOKT-un nizamnamə (şərikli) kapitalında hər hansı şəxs tərəfindən mühüm iştirak payının, o cümlədən mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə (şərikli) kapitalının 20, 33 və 50 %-nə çatmasına və yaxud bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payının əldə edilməsi üçün BOKT-un səlahiyyətli idarəetmə orqanı bu barədə qərarı və müraciəti ilə birlikdə lazımi sənədləri və məlumatları Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edir:

AMB ərizəyə ən geci 20 iş günü müddətində baxır.

İştirak payının əldə edilməsi barədə AMB-nin verdiyi icazədə iştirak payının alınmasının son müddəti göstərilir. Bu müddət bitdikdən sonra və yaxud AMB-nin icazəsi olmadan iştirak payının əldə edilməsi barədə əqdlər bağlanıldıqda, həmin əqdlər bağlanıldığı andan etibarsız hesab edilir.

AMB iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və yaxud BOKT tərəfindən geri alınması (əldə edilməsi) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.

BOKT-u kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və yaxud nizamnamə (şərikli) kapitalındakı payını 20, 33 və 50 %-dən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə AMB-yə yazılı məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi