Bitkoinin qiyməti 33 min dolları ötüb

Bitkoinin qiyməti 33 min dolları ötüb Bu gün dünyanın ən populyar kriptovalyutası sayılan bitkoinin qiyməti 4% artaraq 31 min ABŞ dollarını ötüb.
Maliyyə
2 Yanvar , 2021 23:32
Bitkoinin qiyməti 33 min dolları ötüb

Bu gün dünyanın ən populyar kriptovalyutası sayılan bitkoinin qiyməti yenidən bahalaşaraq tarixi maksimumunu yeniləyib.

“Report” “TASS”a istinadən xəbər verir ki, 20-dən çox birja üzrə orta qiyməti hesablayan “CoinMarketCap” portalının məlumatına görə, bitkoin 13% bahalaşaraq 33 006 ABŞ dollarına yüksəlib.

18:02

Bu gün dünyanın ən populyar kriptovalyutası sayılan bitkoinin qiyməti 4% artaraq 31 min ABŞ dollarını ötüb.

“Report” RİA“Novosti”yə istinadən xəbər verir ki, 20-dən çox birja üzrə orta qiyməti hesablayan “CoinMarketCap” portalının məlumatına görə, bitkoin 4,17% bahalaşaraq 30 834 ABŞ dollarına, ən böyük kriptovalyuta birjası olan “Binance”da isə 4,80% dəyər qazanaraq 30 880 ABŞ dollarına yüksəlib.

Daha sonra bitkoinin qiyməti 31 min ABŞ dollar səviyyəsini aşıb və bütün zamanların ən yüksək səviyyəsinə - 31 180 ABŞ dollarına çatıb.

Bitkoin ümumi qlobal kriptovalyuta bazarının, təxminən, 71,1%-ni təşkil edir.

Son xəbərlər

Orphus sistemi