"Bitkoin balinaları"nın sayı bu il 14% artıb

Maliyyə
  • 17 iyun, 2020
  • 05:15
Bitkoin balinalarının sayı bu il 14% artıb

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoindən 1 000 və daha çox almış investorların ("Bitkoin balinaları") bu ilin əvvəlindən 14,1% artaraq 1 882-ə çatıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu, 2017-ci ilin sentyabr ayından bəri rekord həddir. 

Xatırladaq ki, "bitkoin balinaları" kriptovalyutanın qiymətinin kəskin artıra və yaxud azalda bilirlər.