“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib
Maliyyə
- 14 iyul, 2025
- 08:45
Kriptovalyuta bazarında lider olan “Bitcoin”in qiyməti tarixi maksimumu yeniləyərək 120 min ABŞ dollarını ötüb.
“Report” xəbər verir ki, bu barədə məlumat “Binance” platformasının göstəricilərində öz əksini tapıb.
Bakı vaxtı ilə saat 07:41-də “Bitcoin”in qiyməti 121 014 dollar səviyyəsinə yüksəlib ki, bu da 2,82 faiz artım deməkdir.
Qeyd edək ki, “Bitcoin” blokçeyn texnologiyası əsasında fəaliyyət göstərən, mərkəzləşdirilməmiş kriptovalyuta sistemidir. Konsepsiya ilk dəfə 2008-ci ilin noyabrında “Satoşi Nakamoto” təxəllüsü ilə tanınan şəxs və ya qrup tərəfindən təqdim edilib. Son illər onun populyarlığı əhəmiyyətli dərəcədə artıb. “Bitcoin”in emissiyası məhduddur və hazırda onun böyük hissəsi “mədənçilik” yolu ilə əldə olunub.
Son xəbərlər
04:34
Azərbaycan BMT-də beynəlxalq hüququn ardıcıl tətbiqinə çağırış edib
Xarici siyasət04:12
Ağ Ev: Vatikanın Sülh Şurasında iştirakdan imtinası təəssüf doğurur
Digər ölkələr03:34
Gürcüstanın xarici işlər naziri: Aİ-nin Tbilisiyə təzyiqi səhvdir
Region03:07
KİV: ABŞ bütün qoşunlarını Suriyadan çıxarır
Digər ölkələr02:51
Peşekian: İran müharibə etmək istəmir
Region02:17
Foto
Leyla Əliyeva Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb
Xarici siyasət01:59
Çempionlar Liqası: "İnter" səfərdə məğlub olub, "Atletik" heç-heçə edib
Futbol01:52
Tramp Starmerdən Dieqo-Qarsiyaya nəzarəti Mavrikiyə verməməyi tələb edib
Digər ölkələr01:20