"BirKart" müştərilərə daha bir qazandıran kampaniya təqdim edir. Artıq geyim, ayaqqabı, parfümeriya, kosmetika, aksesuar və dəftərxana sahəsi üzrə partnyor mağazalarında taksitli alış-veriş etdikdə 50 manatadək əlavə vəsait qazanmaq mümkündür. Şərtlərə görə, kampaniya müddətində "BirKart" sahibləri toplam 300 – 499,99 manat arası taksit etdikdə 10 manat, 500 – 999,99 manat arası taksit etdikdə 30 manat, 1 000 manat və daha yuxarı məbləğdə taksitli alış-veriş etdikdə isə 50 manat qazanacaqlar.
"BirKart" sahibləri məbləği həm bir əməliyyatla, həm də bir neçə əməliyyat edərək toplaya bilərlər. İştirak üçün minimal və maksimal əməliyyat məbləğləri mövcud deyil. Qazanılan vəsait 3 iş günü ərzində kartın balansına mədaxil edilir. Hər müştəri kampaniya müddətində maksimum 50 manat qazana bilər. Kampaniya 30 sentyabr 2021-ci il tarixinədək davam edəcək. Ətraflı məlumat üçün –
Qeyd edək ki, "BirKart"ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. "BirKart" bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 %-dən başlayan keşbek və "Umico" bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. "BirKart"ın ölkə üzrə 8 000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
"BirKart" haqqında ətraflı məlumat üçün