BFB-nin sədr əvəzi: “2022-ci ildə də rekord nəticələr gözləyirik”

Maliyyə
  • 27 dekabr, 2021
  • 12:44
BFB-nin sədr əvəzi: “2022-ci ildə də rekord nəticələr gözləyirik”

"Birjamız 2021-ci ili böyük uğurlarla başa vurmaqdadır. Əgər eyni templə getsək, 2022-ci ildə də rekord nəticələr gözləyirik".

Bunu “Report”a açıqlamasında "Bakı Fond Birjası" (BFB) QSC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev deyib.

O, həmçinin deyib ki, rəhbərlik etdiyi qurum 2020-2023-cü illəri əhatə edən inkişaf strategiyasına uyğun fəaliyyət göstərir: "Onun qəbul edilməsini nəzarət orqanı - Azərbaycan Mərkəzi Bankı dəstəkləyib”.

E.Abdullayev həmçinin deyib ki, BFB investorları hansısa qiymətli kağızları almağa sövq etmir: "Biz ancaq imkan yaradırıq ki, onlar ticarət əməliyyatları aparsınlar. Amma sözsüz ki, biz elə bir şərait yaratmalıyıq ki, investor üçün maraqlı olsun. Əgər belə bir şərait olmasa heç kimə maraqlı olmayacaq. İnvestor isə hansı alətə investisiya edəcəyini seçir. Orada inflyasiya, valyuta məzənnəsi də vacib rol oynayır. Birja olaraq biz bunu al və yaxud alma deyə bilmirik”.

44 filmi