Bakı. 20 iyun. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC növbənin onlayn bron edilməsi sistemini tətbiq edib ki, bu da müştərilərə banka gəliş vaxtını internet vasitəsi ilə qeydiyyatdan keçirməyə imkan verir.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, onlayn bron vasitəsi ilə müştərilər istənilən filialı seçərək, banka gəlmək üçün onlara rahat olan vaxtı sifariş edə bilər.
Müştəri, növbəsini sifariş etmək üçün Bankın saytında
Rezervasiya təsdiqləndikdən sonra müştərinin elektron ünvanına bron haqqında məlumat, eləcə də xüsusi unikal kod qeyd olunduğu elektron məktub daxil olur. Bu kod elektron növbə təyin olunmuş vaxtdan 15 dəqiqə tez və ya 15 dəqiqədən gec olmayaraq bankın filialında növbə terminalında qeyd edilməlidir. Kodu daxil etdikdə müştəri nömrə alır və o, bu nömrədən istifadə etməklə bankdakı xidmətdən növbədənkənar istifadə edə bilər. Yeni xidmət sayəsində müştərilər istədikləri ofisə təyin etdikləri vaxtda müraciət etməklə öz günlərini effektiv planlaşdıra bilərlər.