​“Bank Technique” premium kartlarını ucuzlaşdırıb

Maliyyə
  • 14 oktyabr, 2014
  • 06:14
​“Bank Technique” premium kartlarını ucuzlaşdırıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Bank Technique” ASC premium kartlarının tariflərini endirib. “Visa Platinum”, “MasterCard Platinum”, həmçinin “MasterCard Diamond” kartlarına şamil ediləcək bu addım bu növ kartların imtiyazlarından daha geniş müştəri kütləsinin yararlanmasına xidmət edir. Bu barədə “Report”a Bankın baş ofisindən məlumat verilib.

Nəticədə, “Visa Platinum”, “MasterCard Platinum” və “MasterCard Diamond” kartlarının buraxılışı və xidmət haqqı təxminən 2 dəfə ucuzlaşaraq, 1 il üçün 50 manat, 2 il üçün 90 manat, 3 il üçün 120 manat təşkil edir. Bundan əlavə, bu kartları sifariş etdikdə, Bank səyahətlər zamanı eksklüziv imtiyazlar bəxş edən “Priority Pass” servis kartını hədiyyə edir.

Qeyd edək ki, “Visa Platinum”, “MasterCard Platinum” və “MasterCard Diamond” əlavə üstünlüklər təqdim edir və dünya üzrə bir çox ticarət obyektlərində xüsusi təkliflərdən istifadə etmək imkanı yaradır.

Kartları “Bank Technique”in bütün xidmət nöqtələrində, həmçinin internet vasitəsilə Bankın saytındakı “Şəxsi kabinet” internet-bankçılıq funksiyasının köməyi ilə sifariş etmək mümkündür.

Son xəbərlər

Bütün Xəbər Lenti