“Bank Respublika” müəllimlər üçün “İlklər qazandırır” kredit kampaniyasına start verir

“Bank Respublika” müəllimlər üçün “İlklər qazandırır” kredit kampaniyasına start verir “Bank Respublika” ASC həyatımızda bizə İLK addımlarımızı atmağı öyrədən müəllimlərimiz üçün İlklər qazandırır adlı nağd kredit kampaniyasına start verir!
Maliyyə
1 Oktyabr , 2019 17:00
“Bank Respublika” müəllimlər üçün “İlklər qazandırır” kredit kampaniyasına start verir

“Bank Respublika” ASC həyatımızda bizə İLK addımlarımızı atmağı öyrədən müəllimlərimiz üçün "İlklər qazandırır" adlı nağd kredit kampaniyasına start verir!

Kampaniya çərçivəsində müəllimlərə fərdi şəkildə, maaş kartlarındakı nömrənin İLK RƏQƏMİ qədər faiz endirimi ediləcək!

“Bank Respublika”da nağd kredit götürməyin digər üstünlükləri də var:

- Tez bir zamanda rəsmiləşdirmə;

- İllik faiz dərəcəsi – 15%-dən başlayaraq;

- Maksimal məbləğ – 30 000 manata qədər;

- 5 000 manata qədər kreditlər – ZAMİNSİZ;

- Müddət – 36 aya qədər;

- Sığorta xərci yoxdur.

Oktyabrın 15-nə qədər davam edəcək kampaniyadan Azərbaycanın bütün təhsil müəssisələrində çalışan hər bir müəllim və müəllim heyəti faydalana bilər.

Müştərilər Bankın rəsmi internet səhifəsinə daxil olaraq, eləcə də smartfon vasitəsilə “WhatsApp Kredit” xidmətindən istifadə edərək asanlıqla və vaxt itirmədən 050 6 144 144 nömrəsinə müraciət edib kredit sifariş edə bilərlər.

Bundan başqa, müştərilər Bankın “Möbil Şöbə” əlavəsindən istifadə etməklə, “Avtoödəniş” xidmətinə qoşularaq hər ay müvafiq tarixdə kredit və digər xidmətlər üzrə etdikləriniz ödənişləri vaxt itirmədən avtomatik həyata keçirə bilər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi