“Bank Respublika” müasir konseptdə yeni Nizami filialını açıb
- 29 iyul, 2019
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ASC-nin yeni “Nizami” filialının rəsmi açılış mərasimi baş tutub.
Ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialda müştərilərin rahatlığı üçün geniş xidmət zonası olan əməliyyat zalı, eləcə də günün 24 saatı fəaliyyət göstərən bankomat və ödəniş terminalları mövcuddur.
Filialda həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri, sərfəli şərtlərlə kreditlər, əmanətlərin qəbulu, plastik kartların sifarişi, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi və s. xidmətlər təklif olunur.
Qeyd edək ki, Zivərbəy Əhmədbəyov küçəsi ilə Cəfər Cabbarlı küçələrinin kəsişməsində yerləşən yeni “Nizami” filialı daha öncə C.Cabbarlı küçəsi, 38 ünvanında yerləşən “Nərimanov” filialının yerinə açılıb.
İldən-ilə xidmət şəbəkəsini genişləndirən “Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 25 filialı və 2 şöbəsi var.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.