"Bank of Baku" illik hesabatını açıqlayıb

Maliyyə
  • 26 yanvar, 2017
  • 07:44
Bank of Baku illik hesabatını açıqlayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Bank of Baku" ASC-nin aktivləri illik müqayisədə 25,21% azalaraq 2017-ci il yanvarın 1-nə 549 609,44 min manat təşkil edib.

"Report" bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində kredit portfeli 18,93% azalaraq 371 177,8 min manat olub. Kredit portfelinin 31,5%-nin və ya 116 808,4 min manatının vaxtı keçib.

Cəmi öhdəliklər 26,14% azalaraq cari il yanvarın 1-nə 476 741 min manat təşkil edib. Müştəri depozitləri də illik 33,94% azalaraq cari il yanvarın 1-nə 284 042,14 min manat olub. 

Cari ilin əvvəlinə AMB-dən alınmış kreditlər 60 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50% artım deməkdir. Rüblük müqayisədə isə bu kreditlərin həcmi dəyişməz qalıb. Cari il yanvarın 1-nə Bankın nizamnamə kapitalı 52 870 min manat, məcmu kapitalı 82 706,17 min manat təşkil edib.

Bank 2016-cı il ərzində 15 330 min manat zərər edib ki, bu da əvvəlki illə müqayisədə 2,4 dəfə azdır.