"Bank BTB"də yeni təyinat olub

Maliyyə
  • 15 avqust, 2019
  • 06:24
Bank BTBdə yeni təyinat olub

"Bank BTB" ASC-nin Hüquq departamentinə yeni direktor təyin edilib. 

"Report" Banka istinadən xəbər verir ki, bu vəzifə Vüsal Ələkbərova həvalə olunub. 

O, "Bank BTB"nin bütün hüquqi, o cümlədən məhkəmə işlərinə nəzarət edəcək. V.Ələkbərov bundan əvvəl "Bank Respublika" ASC-də eyni sahədə fəaliyyət göstərib. 

44 filmi