"Bank Avrasiya"nın aktivləri illik 13% artıb
- 24 oktyabr, 2017
- 07:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 oktyabr. REPORT.AZ/ “Bank Avrsaiya”ASC-nin aktivləri illik 13% artaraq bu il oktyabrın 1-nə 153,356 mln. manata çatıb.
Bu barədə "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir.
"Bank Avrasiya"nın aktivlərinin 86,781 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə "Bank Avrasiya"nın kredit portfeli 4,3% böyüyüb.
Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 15,3% artaraq 89,47 mln. manata yüksəlib. Bunun 39,384 mln. manatının maliyyə sektoruna ödəniləcək vəsaitlər, 19,673 mln. manatını müştərilərin cari hesabları, 29,464 mln. manatını isə müştərilərin depozitləri təşkil edib. Son 1 ildə Bankın depozit portfeli 6,9% azalıb.
İl ərzində "Bank Avrasiya"nın nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat səviyyəsində qalıb, cəmi kapitalı 9,9% artaraq 63,886 mln. manat təşkil edib.
Bank bu ilin ilk 9 ayında 10,99 mln. manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,1% çoxdur.