“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək
- 21 fevral, 2022
- 07:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Aprelin 11-də, saat 11:00-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Bakı Sığorta"nın ötənilki fəaliyyətinin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilməsi və şirkətin fəaliyyəti ilə bağlı digər məsələlər daxildir.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmlərinin 51,29 %-i "Bank Respublika" ASC-yə, 19,76 %-i "Toyota Absheron Center" MMC-yə, 6,97 %-i Murad Rəhimova, 6,93 %-i Behbud Nəcəfova, 6,84 %-i "Yeni Motor" MMC-yə, 6,68 %-i "Ekolizinq" MMC-yə, 1,53 %-i "Diamond Motors" MMC-yə məxsusdur.