Bakı metrosu ötən il dövlət büdcəsindən 40 milyon manat subsidiya alıb

Bakı metrosu ötən il dövlət büdcəsindən 40 milyon manat subsidiya alıb Qurum sərnişindaşımadan 25,1 milyon manat gəlir əldə edib, onun xidmətlərinin maya dəyəri isə 111,1 milyon manat təşkil edib
Maliyyə
8 May , 2021 10:26
Bakı metrosu ötən il dövlət büdcəsindən 40 milyon manat subsidiya alıb

2020-ci ildə "Bakı Metropoliteni" QSC-yə dövlət büdcəsindən 40 milyon manat subsidiya ayrılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Bundan başqa, məlumata görə, ötən il Bakı metrosu sərnişindaşımadan 25,1 milyon manat gəlir əldə edib, onun xidmətlərinin maya dəyəri isə 111,1 milyon manat təşkil edib.

"Metroda sərnişindaşıma dayandırılsa da, bu nəqliyyat müəssisəsi spesfik xüsusiyyətli olduğundan, onun bütün qurğu və avadanlıqları saz vəziyyətdə saxlanılmalı, texniki normativ sənədlərə uyğun proseslər həyata keçirilməlidir. Bununla əlaqədar il ərzində metropolitenin istismar fəaliyyəti üzrə xərclərinin qarşılanması üçün büdcədən 27,7 milyon manat yardım ayrılıb”, - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi