Bakı Fond Birjası ticarət sessiyasının vaxtını azaldıb

Maliyyə
  • 04 iyun, 2020
  • 13:56
Bakı Fond Birjası ticarət sessiyasının vaxtını azaldıb

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qısaldılmış iş vaxtı üzrə tövsiyəsini nəzərə alaraq, “Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti iyunun 5-də ticarət sessiyasının vaxtını azaldıb.

“Report” bu barədə QSC-yə istinadən xəbər verir.

Belə ki, sabah "Bakı Fond Birjası"nın ticarət sessiyası saat 13:00-a kimi davam edəcək.