“AzInTelecom” maliyyə göstəricilərini açıqlayıb

“AzInTelecom” maliyyə göstəricilərini açıqlayıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC 2023-cü ili 25,379 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
9 Yanvar , 2025 18:00
“AzInTelecom” maliyyə göstəricilərini açıqlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC 2023-cü ili 25,379 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 6,1 dəfə azdır.

2023-cü ildə “AzInTelecom”un göstərdiyi xidmətlərdən gəlirləri 633,013 milyon manat (2022-ci ilə nisbətən 11,1 % çox), xidmətlərinin maya dəyəri 316,286 milyon manat (11,1 % çox), ümumi və inzibati xərcləri 221,087 milyon manat (42 % çox), ehtimal olunan kredit zərəri üzrə xərcləri 26,426 milyon manat (25,6 dəfə çox), maliyyə gəlirləri 8,72 milyon manat (3 dəfə çox), maliyyə xərcləri 11,272 milyon manat (20,9 % az), qeyri-maddi aktivlərin dəyərsizləşməsi üzrə xərcləri 40,073 milyon manat (2,5 dəfə çox), məzənnə fərqindən gəlirləri 28,953 milyon manat (24,5 % az), əmlak, tikili və azvadanlıqlar və qeyri-maddi aktivlərin silinməsi üzrə zərəri 2,021 milyon manat (17,1 % çox), digər gəlirləri 3,965 milyon manat (63,6 % çox), mənfəət vergisi ödəmələri isə 32,107 milyon manat (35,1 % az) təşkil edib.

2024-cü il yanvarın 1-nə “AzInTelecom”un aktivləri 1 milyard 485,376 milyon manat olub ki, bu da illik müqayisədə 6,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 25,7 % artaraq 398,795 milyon manata, balans kapitalı isə 1,2 % artaraq 1 milyard 086,581 milyon manata çatıb.

Xatırladaq ki, "AzInTelecom" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,374 milyon manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir.

“AzInTelecom” “Azercell Telecom” MMC-nin əsas təsisçisidir.

Son xəbərlər

Orphus sistemi