"Azərsığorta" kreditorlarına müraciət edib

"Azərsığorta" kreditorlarına müraciət edib Ləğv prosesində olan "Azərsığorta" ASC-nin kreditorları bu il aprelin 16-na qədər tələblərinin ödənilməsi üçün şirkətin baş ofisinə (Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 31 ünvanına) müraciət etməlidirlər.
Maliyyə
16 Fevral , 2024 11:38
Azərsığorta kreditorlarına müraciət edib

Ləğv prosesində olan "Azərsığorta" ASC-nin kreditorları bu il aprelin 16-na qədər tələblərinin ödənilməsi üçün şirkətin baş ofisinə (Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 31 ünvanına) müraciət etməlidirlər.

Bu barədə “Report”un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, bu zaman kreditorların yazılı müraciəti (tələbin məzmunu və məbləği göstərilməklə) təqdim olunmalıdır.

Prezident İlham Əliyev yanvarın 31-də Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta”nın fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Fərman əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə səhmdar cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv olunub.

Son xəbərlər

Orphus sistemi