“Azərkosmos”un ixrac gəlirləri 47 % azalıb

Maliyyə
  • 31 avqust, 2022
  • 07:17
“Azərkosmos”un ixrac gəlirləri 47 % azalıb

Bu ilin yanvar-iyul aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 35 ölkəyə 15,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın avqust sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,4 % azdır.

"Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 %-ni təşkil edib. 9 ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində 3,9 milyon ABŞ dolları ilə Böyük Britaniya, 3,2 milyon ABŞ dolları ilə Fransa, 2,6 milyon ABŞ dolları ilə Lüksemburq, 1,4 milyon ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri və 0,8 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

2022-ci ilin iyul ayında isə “Azərkosmos” 30 ölkəyə 2,1 milyon ABŞ dolları (3,2 dəfə az) dəyərində xidmət ixrac edib.

44 - Tezliklə