“Azəripəy"in yığılmış zərəri 1 milyon manata çatıb

“Azəripəy"in yığılmış zərəri 1 milyon manata çatıb “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "Azəripək” MMC 2022-ci ili 203 min manat zərərlə başa vurub.
Maliyyə
1 Dekabr , 2023 14:19
“Azəripəyin yığılmış zərəri 1 milyon manata çatıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "Azəripək” MMC 2022-ci ili 203 min manat zərərlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 4,6 % çoxdur.

Son nəticədə sənaye müəssisəsinin yığılmış zərəri 25,6 % artaraq 990 min manata çatıb.

Bu il yanvarın 1-nə “Azəripək”in aktivləri 11,434 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 99,3 % artaraq 612 min manat, balans kapitalı isə 0,6 % artaraq 10,822 milyon manat, o cümlədən nizamnamə kapitalı isə 2,6 % azalaraq 11,546 milyon manat olub.

Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi