“AzerGold”un istiqrazlarına tələb təklifi 2 dəfəyə yaxın üstələyib

“AzerGold”un istiqrazlarına tələb təklifi 2 dəfəyə yaxın üstələyib Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “AzerGold” QSC-nin istiqrazlarının II tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
30 Noyabr , 2020 17:52
“AzerGold”un istiqrazlarına tələb təklifi 2 dəfəyə yaxın üstələyib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “AzerGold” QSC-nin istiqrazlarının II tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqraz (10 000 000 ABŞ dolları məbləğində) çıxarılıb.

İstiqrazlara 37 investor qiymət intervalı 100 ABŞ dolları (4.00%) və 103,4239 ABŞ dolları (3.00%) olan 46 sifariş təqdim edib.

Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 102,0681 ABŞ dolları (3,5%), orta ölçülmüş qiyməti isə 102,4759 ABŞ dolları (3,35%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18 443 000 ABŞ dolları təşkil edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.

Xatırladaq ki, istiqrazların I tranşı bu il sentyabrın 24-də, eyni məbləğdə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi