Azərbaycan və Dünya Bankı texniki yardım layihələrini müzakirə edib

Azərbaycan və Dünya Bankı texniki yardım layihələrini müzakirə edib Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı texniki yardım layihələrinin icra vəziyyətini, gələcək dövr üçün yeni texniki yardım istiqamətlərini müzakirə edib.
Maliyyə
5 İyun , 2023 17:00
Azərbaycan və Dünya Bankı texniki yardım layihələrini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı texniki yardım layihələrinin icra vəziyyətini, gələcək dövr üçün yeni texniki yardım istiqamətlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "Twitter"də bildirib.

"Dünya Bankının nümayəndə heyəti ilə görüşdə qurumun Cənubi Qafqaz üzrə regional direktoru cənab Sebastian Molineus onun yerinə yeni təyin olunmuş xanım Rolande Pryce və Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri xanım Stefanie Stallmeisteri təqdim etdi. Görüşdə bankın Azərbaycandakı mövcud fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi apardıq. Eyni zamanda AMB və Dünya Bankı arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələləri müzakirə etdik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi