Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik 41,3% azalaraq cari ilin yanvar-fevral ayları ərzində 1 020 423,44 min dollar təşkil edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə Azərbaycandan həmin ölkələrə ixrac 48,25% azalaraq 709 421,92 min dollar, idxal isə 15,49% azalaraq 311 001,52 min dollara enib. Ticarət dövriyyəsinin müsbət saldosu 2,5 dəfədən çox azalaraq 1 002 814,59 min dollardan 398 420,4 min dollara enib.
Bildirək ki, Avropa İttifaqı ölkələrinin məcmu ixracda xüsusi çəkisi 57,98%, idxalda isə 31,74% təşkil edib.