Azərbaycanın xalis maliyyə öhdəlikləri yarım milyard dollarara yaxın artıb
- 12 sentyabr, 2023
- 11:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xalis maliyyə öhdəlikləri 498,6 milyon ABŞ dolları məbləğində artıb.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin eyni dövründə xalis maliyyə öhdəlikləri üzrə 1 milyard 921,8 milyon ABŞ dolları məbləğində azalma müşahidə olunurdu.
Builki artım Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 2 milyard 979,5 milyon ABŞ dolları artması (əvvəlki ilin eyni dövründə 3 milyard 220,6 milyon ABŞ dolları məbləğində artım olub), cəlb olunmuş investisiyaların repatriasiyası 3 milyard 647,6 milyon ABŞ dolları azalması (5 milyard 256,3 milyon ABŞ dolları məbləğində azalma olub), neft bonusunun 450,2 milyon ABŞ dolları artması (452,2 milyon ABŞ dolları məbləğində artım olub), portfel investisiyaları 582,3 milyon ABŞ dolları azalması (153,4 milyon ABŞ dolları məbləğində azalma olub), digər investisiyaların 1 milyard 298,8 milyon ABŞ dolları artması (184,9 milyon ABŞ dolları məbləğində azalma olub) hesabına təmin edilib.