Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 mlrd 933,7 mln ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 87,2 %-i və yaxud 43 mlrd 564,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8 %-i və yaxud 6 mlrd 369,4 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 153,7 milyon ABŞ dolları və yaxud 0,3 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 275,7 milyon ABŞ dolları və yaxud 0,6 % çox, AMB-nin valyuta ehtiyatlarında isə 122 milyon ABŞ dolları və yaxud 1,9 % azalma olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 352,4 milyon ABŞ dolları və yaxud 0,7 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 241 milyon ABŞ dolları və yaxud 0,6 % çox, AMB-nin valyuta ehtiyatları isə 111,4 milyon ABŞ dolları və yaxud 1,8 % artım nümayiş etdirib.
ARDNF-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
01.01.2021 |
43 564,3 |
6 369,4 |
49 933,7 |
01.10.2020 |
43 288,6 |
6 491,4 |
49 780,0 |
01.07.2020 |
43 223,3 |
6 436,3 |
49 659,6 |
01.04.2020 |
41 349,5 |
6 393,8 |
47 743,3 |
01.01.2020 |
43 323,3 |
6 258,0 |
49 581,3 |