Azərbaycanın qiymətli kağızlar bazarı 24 % böyüyüb

Azərbaycanın qiymətli kağızlar bazarı 24 % böyüyüb Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 5 milyard 284,1 milyon manatlıq əməliyyat aparılıb.
Maliyyə
10 May , 2022 17:09
Azərbaycanın qiymətli kağızlar bazarı 24 % böyüyüb

Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 5 milyard 284,1 milyon manatlıq əməliyyat aparılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % çoxdur.

Rüblük göstəricinin 2 858,1 milyon manatlıq hissəsi ilkin bazarda (2,7 % çox), 2 milyard 426 milyon manatlıq hissəsi isə təkrar bazarda (62,9 % çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 2 971 əqd bağlanılıb. Bu, illik müqayisədə 4,8 % çoxdur. Əqdlərin 517-si ilkin bazarın (5,3 % çox), 2 454-ü isə təkrar bazarın (4,7 % çox) payına düşüb.

Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 2 milyard 737,9 milyon manatlıq hissəsi və yaxud 51,8 %-i dövlət qiymətli kağızlarının, 406,9 milyon manatlıq hissəsi və yaxud 7,7 %-i korporativ qiymətli kağızların, 2 milyard 139,3 milyon manatlıq hissəsi və yaxud 40,5 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 10,6 % az, 2,6 dəfə çox və 2 dəfə çoxdur.

Rüb ərzində bu bazarda bağlanmış əqdlərin isə 532-si və yaxud 17,9 %-i dövlət qiymətli kağızlarının, 1 480-i və yaxud 49,8 %-i korporativ qiymətli kağızların, 959-u və yaxud 32,3 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 12,6 % az, 1 % az və 31,4 % çoxdur.

Son xəbərlər

Orphus sistemi