Azərbaycanın qiymətli kağızlar bazarı 35 % kiçilib

Azərbaycanın qiymətli kağızlar bazarı 35 % kiçilib Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 3 milyard 448,3 milyon manatlıq əməliyyat aparılıb.
Maliyyə
19 Aprel , 2023 15:59
Azərbaycanın qiymətli kağızlar bazarı 35 % kiçilib

Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 3 milyard 448,3 milyon manatlıq əməliyyat aparılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,7 % azdır.

Rüblük göstəricinin 1 milyard 5 milyon manatlıq hissəsi ilkin bazarda (2,9 dəfə az), 2 milyard 447,8 milyon manatlıq hissəsi isə təkrar bazarda (0,9 % çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 2 850 əqd bağlanılıb. Bu, illik müqayisədə 4,1 % azdır. Əqdlərin 421-sı ilkin bazarın (18,6 % az), 2 429-u isə təkrar bazarın (1 % az) payına düşüb.

Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 1 milyard 44,9 milyon manatlıq hissəsi və yaxud 30,3 %-i dövlət qiymətli kağızlarının, 438,6 milyon manatlıq hissəsi və yaxud 12,7 %-i korporativ qiymətli kağızların, 1 milyard 964,8 milyon manatlıq hissəsi və yaxud 60 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 2,6 dəfə az, 7,8 % çox və 8,2 % azdır.

3 ayda bu bazarda bağlanmış əqdlərin isə 488-i və yaxud 17,1 %-i dövlət qiymətli kağızlarının, 971-i və yaxud 34,1 %-i korporativ qiymətli kağızların, 1 391-i və yaxud 48,8 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 8,3 % az, 34,4 % az və 45 % çoxdur.

Son xəbərlər

Orphus sistemi