Azərbaycanın investisiya şirkəti xarici bazarlardakı dövriyyəsini açıqlayıb

Maliyyə
  • 12 iyun, 2025
  • 11:36
Azərbaycanın investisiya şirkəti xarici bazarlardakı dövriyyəsini açıqlayıb

Ötən ilin sonuna “PAŞA Kapital” investisiya şirkətinin xarici bazarlarda dövriyyəsi 3 milyard manat təşkil edib.

"Report" xəbər verir ki, bunu şirkətin direktoru Ceyhun Hacıyev “PAŞA Kapital”ın 2024-cü ildəki fəaliyyətinin yekununa həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, bunun təxminən 80 %-i istiqraz əməliyyatlarının payına düşüb: “Qalan hissəni səhmlər və törəmə maliyyə alətləri ilə əqdlər təşkil edib".

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100 % daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.