Azərbaycanın əksər investisiya şirkətləri auditorunu dəyişməyib

Maliyyə
  • 10 avqust, 2024
  • 12:45
Azərbaycanın əksər investisiya şirkətləri auditorunu dəyişməyib

Azərbaycanda fəaliyyət göstərən 13 investisiya şirkətindən 5-i 2023-cü ilin maliyyə hesabatlarının auditini 2022-ci ildəkindən fərqli şirkətə etibar edib.

“Report” xəbər verir ki, qalan 8 investisiya şirkəti isə eyni auditorla işləməyə davam edib. Bu baxından investisiya sektorunun əsas seçimi “Baker Tilly” olub. Bu auditorla 3 investisiya şirkəti əməkdaşlıq edir. Növbəti yerlərdə “RSM Azerbaijan”, “Crow Audit and Consalting”, “Caspian Consulting and Partners”, “Crowe”, “Ernst & Young”, “KH.J.A Audit-Consultinq Xidməti”, “Nexia EA”, “TID Consulting”, “TNM Audit” və Sərbəst auditor – Novruz Pənahov (hər biri 1 investisiya şirkəti) qərarlaşıb.

№

İnvestisiya şirkətləri

Şirkətin auditoru

2023

2022

1

ABB-İnvest

Baker Tilly

Baker Tilly

2

Assist Finance

RSM Azerbaijan

Davud Mamedov

3

Azfinance

Baker Tilly

RSM Azerbaijan

4

Capital Partners

Crow Audit and Consalting

Crow Audit and Consalting

5

CPM-Invest

Caspian Consulting and Partners

Caspian Consulting and Partners

6

Invest-AZ

Crowe

Crowe

7

MFX-Trading

Sərbəst auditor – Novruz Pənahov

Sərbəst auditor – Novruz Pənahov

8

PAŞA Kapital

Ernst & Young

Ernst & Young

9

Plato Capital and Co.

KH.J.A Audit-Consultinq Xidməti

Sərbəst auditor – Aydın Hüseynov

10

PSG Kapital

Nexia EA

Nexia EA

11

Troni

TID Consulting

Az Ekspert Audit

12

Unicapital

Baker Tilly

Baker Tilly

13

Xalq Kapital

TNM Audit

ANR Audit