Azərbaycanın dövlət banklarının kredit qoyuluşunda payı azalıb

Azərbaycanın dövlət banklarının kredit qoyuluşunda payı azalıb Bu il fevralın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 587,2 milyon manat təşkil edib
Maliyyə
27 Fevral , 2021 16:17
Azərbaycanın dövlət banklarının kredit qoyuluşunda payı azalıb

Bu il fevralın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 587,2 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1 ilə müqayisədə 0,4 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır.

Kredit qoyuluşunun 11 424,4 milyon manatı və yaxud 78,3%-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 9,2% azdır.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 789,4 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 10,1% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16,3 %-dən 19,1%-ə qalxıb.

Yanvarın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 373,4 milyon manat olub. Bu isə illik müqayisədə 6% azdır. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6%-də qalıb.

Son xəbərlər

Orphus sistemi