Azərbaycanın cari əməliyyatlar balansının profisiti 34 % azalıb
Maliyyə
- 19 iyun, 2025
- 11:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 1 milyard 142,9 milyon ABŞ dolları olub.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfrasında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 33,9 % azdır.
Rüblük profisit xarici ticarət balansındakı 2 milyard 445,4 milyon dollarlıq qalıq (8,4 % az), xidmətlər balansındakı 752,8 milyon dollarlıq kəsir (36,35 % çox), ilkin gəlirlər balansındakı 656,2 milyon dollarlıq kəsir (15,85 % çox) və təkrar gəlirlər balansındakı 106,5 milyon dollarlıq qalıq (40,5 % az) hesabına formalaşıb.
Son xəbərlər
05:22
İsveçrədə milyonçunun arvadı supermarketdən oğurluq edərkən tutulub
Digər ölkələr
04:50
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər
Digər ölkələr
04:16
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
Region
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region
02:07
İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub
Futbol
01:32
Nyu-York Senatında çoxluğun lideri evində ölü tapılıb
Digər ölkələr