Azərbaycanın bank sektorunun xalis mənfəəti ötən il 50 %-dən çox artıb

Maliyyə
  • 25 yanvar, 2023
  • 10:41
Azərbaycanın bank sektorunun xalis mənfəəti ötən il 50 %-dən çox artıb

Azərbaycanın bank sektoru 2022-ci ildə 914,5 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 50,2% çoxdur.

Ötən il bankların əməliyyat gəlirləri 3 954,8 milyon manat (əvvəlki ilə nisbətən 32,6 % çox), əməliyyat xərcləri 2 543 milyon manat (26,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 235,9 milyon manat (17,95 % çox), digər gəlirləri 0,1 milyon manat (7 dəfə az) mənfəət vergisi ödəmələri isə 261,5 milyon manat (57,9 % çox) təşkil edib.

44 filmi